
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmi qorxudub”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, çünki Rusiya nüvə dövlətidir, müharibədə istədiklərini əldə etmədikdə nüvə silahından istifadə edə bilər: “Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrini tez-tez nüvə silahı ilə hədələyirlər. Təsadüfi deyil ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqust ayında “Novaya Zemlya” ərazisindəki nüvə poliqonuna səfər edib. Şoyqu nüvə arsenalının mövcud vəziyyətini öyrənmək və Qərbə mesaj göndərmək üçün poliqona gedib. Həmin poliqon 1954-cü ildə inşa olunub. Bu ərazidə 1990-cı ilə qədər 100-dən çox nüvə sınağı həyata keçirilib. Çin isə Tayvan adasını ələ keçirməyə çalışır və ABŞ-la müharibə başlayarsa nüvə silahından istifadə barədə düşünəcək”.