
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Dünyada nüvə dövlətlərinin sayı getdikcə artır. Hindistan və Pakistan nüvə silahına malik olduqlarını eyni gündə elan ediblər. Yaxın Şərq bölgəsində İsrailin nüvə silahı var. İran nüvə silahı əldə etməyə çalışır. İranın nüvə silahı olarsa, qonşuları Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə edəcəklər”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, bu vəziyyətdə ABŞ, Rusiya və Çin nüvə potensiallarını gücləndirməyə qərar alıblar: “Halbuki, bu dövlətlər daima nüvə silahından birinci istifadə etməyəcəklərini açıqlayırlar. Ancaq buna inanan azdır”.