
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Bryansk vilayətinin Trubçevski rayonu üzərində hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
"Xalq Cəbhəsi" xəbər verir ki bu barədə regionun qubernatoru Aleksandr Boqomaz özünün Telegram kanalında məlumat verib.
"Ukraynalı terrorçuların PUA-dan istifadə etməklə hücum təşkil etmək cəhdinin qarşısı alınıb”, - deyə Boqomaz yazıb.
O qeyd edib ki, təyyarə tipli pilotsuz uçan aparat Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Trubçevski rayonu üzərində məhv edilib.Onun sözlərinə görə, tələfat və dağıntı olmayıb.
Cavid