Makkarti vəzifəsini itirə bilər Dünya

Makkarti vəzifəsini itirə bilər

Nümayəndələr Palatasının üzvü Mett Qets (Florida ştatından respublikaçı) Kevin Makkartinin ABŞ parlamentinin aşağı palatasının spikeri vəzifəsindən uzaqlaşdırılması üçün petisiya qaldırıb.

Bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, Qets “imtiyazlı qətnamə” hüququndan istifadə edib. Bu o deməkdir ki, onun müraciəti konqresmenlər üçün prioritetdir və iki qanunvericilik günü ərzində səsvermənin keçirilməsi ilə bağlı qərar qəbul edilməlidir. Bununla belə, həm Respublikaçılar, həm də Demokratlar Partiyası rəsmilərinin prosesi ləngitmək və ya hətta dayandırmaq üçün ata biləcəyi prosedur addımları var.

Nəşr izah edir ki, əgər qətnamə üzrə səsvermə baş tutsa, o zaman Nümayəndələr Palatasında sadə səs çoxluğu Makkartinin vəzifədən çıxarılması tələb olunacaq.

Cavid