Rusiya daha 360 hərbçisini itirib Dünya

Rusiya daha 360 hərbçisini itirib

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 360 hərbçisini itirib.

"Xalq Cəbhəsi" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 279 440 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 15 tank, 8 zirehli döyüş maşını, 40 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Cavid