“Ermənistanın saxta say artımında məqsəd ənənəvidir” Dünya

“Ermənistanın saxta say artımında məqsəd ənənəvidir”

“Ermənistanın saxta say artımında məqsəd ənənəvidir: xaricdən yardımlar almaq və ayrılan pulları mənimsəmək”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, yenə tarixdən bir nümunə maraqlıdır: “Hələ 1920-ci ildə ABŞ-nin İstanbuldakı ali komissarı Mark Lambert Bristol Mərkəzə məktubunda yazırdı ki, ermənilərə ayırdığımız pulları erməni xadimləri və təşkilatları oğurladılar, göyə sovurdular və sonda günahkar bizi bildilər.
İndi də belə olacaq. Az və ya çox, fərq etməz, yenə də ayrılan pulları oğurlayıb yeyəcəklər, özləri özlərini saldıqları fəlakət üçün əvvəlcə biri-birilərini, sonra isə ABŞ, Fransa və digər ölkələri günahlandıracaqlar.Çox gözləmək lazım gəlməyəcək…”.