Konstitusiya Məhkəməsi Zurabişvilinin impiçmenti ilə bağlı hesabatını oktyabrın ortalarında hazırlayacaq Dünya

Konstitusiya Məhkəməsi Zurabişvilinin impiçmenti ilə bağlı hesabatını oktyabrın ortalarında hazırlayacaq

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı hesabatını oktyabrın ortalarında hazırlayacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə məhkəmənin hakimi Giorgi Tevdoraşvili növbəti sessiyadan öncə jurnalistlərə açıqlamasında bildirib. O, işin önəmli olduğunu və məhkəmənin oktyabrın 15-dək nəticəyə gələcəyini bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Konstitusiya Məhkəməsində Prezidentin impiçmenti işi üzrə ilk dinləmə keçirilib. Məhkəmənin ikinci sessiyası bu gün baş tutacaq.