Gürcüstanda xüsusi elektron üztanıma sistemi proqramı işə salınıb Dünya

Gürcüstanda xüsusi elektron üztanıma sistemi proqramı işə salınıb

Oktyabrın 1-dən Gürcüstanın sərhəd-buraxılış məntəqələrində xüsusi elektron üztanıma sistemi proqramı işə salınıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, sözügedən proqram sərhəd nəzarətçilərinin avtomatlaşdırılmış data emalı vasitəsilə axtarışda olanları, deportasiya edilənləri, ölkəyə daxil olması qadağan olanlar, həmçinin qanunu pozanları cəld və etibarlı şəkildə müəyyənləşdirməsinə imkan verəcək.

Vurğulanıb ki, sistemin effektiv fəaliyyəti sayəsində dövlət və ictimai təhlükəsizliyin qorunmasına önəmli töhfə veriləcək.