
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, hələ ki, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsraillə Həmas arasında müharibə başladıqdan bu yana Yaxın Şərqə 4 dəfə səfər edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, əlavə edib ki, Vaşinqton əvvəlcə İsrailin Həmas qruplaşmasına qarşı savaşı birmənalı şəkildə dəstəkləyirdi, ancaq bombardmanlar nəticəsində Qəzzada ölənlərin sayı artdıqca ABŞ administrasiyasının mövqeyi dəyişdi.