
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Avropa İttifaqında da İsrailin siyasətiə ilə bağlı narazılıq artıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, əlavə edib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik komissarı Jozep Borrel “Financial Times” dərgisində yayımlanan məqaləsində müharibənin dayandırılmasının vacib olduğunu bildirib. Pekin də eyni mövqedədir: “Çin Xarici İşlər Nazirliyi Fələstin probleminin həlli ilə bağlı 5 maddədən ibarət plan təklif edib. Pekinin ilk şərti tərəflərin davamlı atəşkəs elan etmələridir. Planın ikinci maddəsi mülki insanların təhlükəsizliyinin təminat altına alınmasıdır. Üçüncü bənd bölgəyə humanitar yardımların çatdırılmasıdır. Planın dördüncü bəndi diplomatik vasitəçiliyin artırılmasıdır. Pekin məsələnin həllində BMT Təhlükəsizlik Şurasına əhəmiyyət verilməsini lazım bilir. Planın beşinci bəndi münaqişənin “iki xalqa iki dövlət” prinsipi üzrə həllini təmin etməkdir. Pekin bu məqsədlə beynxalq konfransın təşklinin vacib sayır”.