
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Pekin Yaxın Şərqdəki vəziyyətin normallaşmasında Vaşinqtondan geri qalmaq istəmir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, əlavə edib ki, Pekin bölgədə Fələstin dövlətinin yaradılmasını dəstəkləyir: “Pekinin bölgədə iqtisadi maraqları var. Müharibə Çinin Yaxın Şərqdəki iqtisadi layihələrinə təhlükə yaradır. Ona görə də Pekin vasitəçilik fəallığını artırıb. Ancaq Pekinin təkliflərinin reallaşacağı problematikdir. Birincisi, İsrail və ABŞ münaqişənin həllində Fələstin dövlətinin yaradılmasını zəruri hesab etmirlər. İkincisi, Çinin vasitəçiliyinə Pekinin Moskva ilə yaxınlığı mane olur. Misal üçün Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün fəallıq nümayiş etdirmir. Odur ki, Pekinin 5 maddəlik təkliflər planın reallaşacağı problematikdir”.