
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, daha çox şey əldə edəcək.
Politoloq Turan Rzayev xalqcəbhəsi.az-a bildirib ki, Kemeronun sözlərində həqiqət olsa da, bütünlüklə reallığı əks etdirmir: “Düzdür, Ukraynadakı müharibə kiçik uğurla belə Moskvanın xeyrinə yekunlaşsa, Rusiya bundan cəsarətlənəcək. Lakin Kremlin yenidən dünyaya meydan oxuması, habelə hansısa ölkəyə müdaxiləyə cəhd etməsi asanlıqla və tez baş tutmayacaq. Məsələ ondadır ki, müharibə iki ildən artıqdır davam edir və Rusiya bu savaşda hərbi, iqtisadi-siyasi itkilərə məruz qalıb. Yəni Kremlin ehtimal zəfəri belə “Pir qələbəsi”ndən başqa bir şey olmayacaq. Buna görə də London təklif edir ki, Qərb Putini Ukraynada dayandırsın”.