
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljaric Qəzza zolağına səfər edib.
Trend xəbər verir ki, bu barədə BQXK-nin Cenevrədəki baş qərargahı məlumat yayıb.
Məlumata görə, səfərin məqsədi Qəzza zolağındakı ağır humanitar vəziyyətin yüngülləşdirilməsi üzrə səylərə dəstək olmaqdır.
"Səfər zamanı dinc sakinlərin ağır vəziyyəti ilə bağlı dərin narahatlığımı bildirəcək və BQXK-nin onların acılarını yüngülləşdirmək üçün hər şeyi etməyə hazır olduğunu təsdiq edəcəyəm", - məlumatda deyilir.
Səfərin bir neçə mərhələdən ibarət olacağı və Spolijariçin Qəzza zolağında BQXK həkimlərinin çalışdığı Avropa xəstəxanasına səfər edəcəyi qeyd olunub.
Bundan başqa, BQXK prezidentinin qarşıdakı həftələrdə İsrailə də səfər edəcəyi vurğulanıb.