
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla Rusiyanı əlaqələndirən Yuxarı Lars keçid məntəqəsində erməni yük maşınları ilə bağlı yaranmış problemə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məlum məsələnin bu yaxınlarda Avrasiya İqtisadi Komissiyası, Ermənistan və Rusiyanın müvafiq qurumları tərəfindən müzakirə olunduğunu söyləyib.
Mariya Zaxarova bildirib ki, məlum məsələ ilə bağlı görüşlər məzmunlu xarakter daşıyıb. “Problemlər yarandıqda istifadə edilə bilən və istifadə edilməli mexanizmlər mövcuddur”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.