İran Əfqanıstan və Türkmənistanla sərhəddə ordu bölmələri yerləşdirəcək Dünya

İran Əfqanıstan və Türkmənistanla sərhəddə ordu bölmələri yerləşdirəcək

İran yaxın zamanda Əfqanıstan və Türkmənistanla sərhəddə əlavə ordu bölmələri yerləşdirəcək.

Trend cümə günü xəbər verir ki, bu barədə İran Ordusunun quru qoşunları komandanı Kiyumars Heydari məlumat verib.

"Bu istiqamətdə sərhədlər zəifdir və bu səbəbdən möhkəmləndiriləcək. Yaxın zamanda Cənubi Xorasanın şimal-şərqində sərhəd rayonlarında artilleriya, raket, pilotsuz və mobil desant bölmələri yerləşdirəcəyik", - o deyib.

Quru qoşunları komandanı bu addıma təkcə İran ərazisi üçün bu istiqamətlərdən təhdid olması nöqteyi-nəzərindən baxılmamalıdır. Heydari bildirib ki, bu tədbir ordu bölmələrinin döyüş hazırlığını və ixtisaslaşmasını dəstəkləmək və artırmaq məqsədilə görülür.