Berlində antisemitizmə qarşı mitinq təşkil edilib Dünya

Berlində antisemitizmə qarşı mitinq təşkil edilib

Almaniyanın paytaxtı Berlində bir neçə min insan antisemitizm, nifrət və irqçiliyə qarşı etiraz aksiyası keçirib.

Trend xəbər verir ki, yürüş-mitinq HƏMAS-la İsrail arasında qarşıdurmanın başlamasından sonra antisemitizm hadisələrinin artması fonunda keçirilib.

Oktyabrın 7-dən - qarşıdurma başlayandan bəri Almaniyada yəhudi xalqına qarşı cinayətlərdə 3 dəfə artım qeydə alınıb.

Polis Berlində keçirilən etiraz aksiyasında 3000-dən çox insanın iştirak etdiyini bildirib.