Ukrayna müharibəsi Qərblə danışıqlarla yekunlaşacaq Dünya

Ukrayna müharibəsi Qərblə danışıqlarla yekunlaşacaq

Ukrayna münaqişəsi Kiyev marionetlərinin Qərb ustaları ilə danışıqlarla yekunlaşacaq.

Buna əminliyini Kiyev rejiminin cinayətlərinə görə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

"Danışıqlar olacaq, bütün toqquşmalar danışıqlarla yekunlaşacaq. Amma təbii ki, kuklalar vasitəsilə deyil. Aydındır ki, o vaxt Böyük Britaniyanın baş naziri olmuş Boris Consonun (2022-ci ildə Kiyevə) gəlib “biz heç nə ilə razılaşmayacağıq” dediyini etiraf edən insanlarla danışıqlar gedir. Həqiqətənmi onlarla nəsə razılaşa biləcəyini düşünürsən? – Miroşnik telekanalda bildirib. - İndiyə qədər Qərb danışıqlara həvəs göstərməyib. Hələ ki, danışıqlar masasına oturmağa hazır olduqlarını demirlər”.

Cavid