
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
BMT Baş Assambleyasının Fələstin xalqının müdafiəsi üzrə xüsusi fövqəladə sessiyası dekabrın 12-də öz işini davam etdirəcək.
Bu barədə qurumun sədrinin mətbuat xidməti məlumat yayıb.
"BMT Baş Assambleyasının prezidenti Dennis Francis 12 dekabr 2023-cü ildə Baş Assambleyanın 10-cu fövqəladə xüsusi sessiyasının 45-ci plenar iclasını keçirəcəyi barədə üzv ölkələrə məlumat verdi." - məlumatda deyilir.
Qeyd olunur ki, görüşün keçirilməsi müvafiq olaraq ərəb dövlətləri qrupuna və İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən Misir və Mavritaniyanın xahişi ilə baş tutub. 10-cu fövqəladə xüsusi sessiyanın əvvəlki iclası oktyabrın sonunda keçirilib, nəticədə Fələstin-İsrail münaqişəsi ilə bağlı bir qrup ərəb dövləti tərəfindən hazırlanmış və İordaniyanın təqdim etdiyi atəşkəslə bağlı qətnamə qəbul edilib. 120 ölkə sənədin lehinə səs verib, 14 ölkə əleyhinə, 45 ölkə isə bitərəf qalıb.
Cavid