“Ukrayna daxilində siyasi intriqalar qızışır” Dünya

“Ukrayna daxilində siyasi intriqalar qızışır”

“Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-yə səfəri çərçivəsində Vaşinqtondan siyasi dəstək istəyəcək”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, əlavə edib ki, çünki daxildə siyasi intriqalar qızışır, ordu ilə siyasi hakimiyyət arasında fikir ayrılıqları dərinləşir: “Qeyd edim ki. Ukrayna prezidentinin əsas hədəfi seçkilərə getməmək və ABŞ tam hərbi dəstəyini almaqla marta kimi Rusiyada keçiriləcək prezident seçkilərində Rusiya ordusunu bir çox ərazilərdən çıxarmaqla, Putinin daxili siyasi vəziyyətini gərginləşdirməyə nail olmaqdır. Zelenskinin Vaşinqtona səfərinin müsbət nəticələnməsi gözlənilir. ABŞ konqresi Ukraynaya nəzərdə tutulan maliyyə yardımını ayıra bilər”.