
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfədir ki, "miatsum"la bağlı dəqiq fikir səsləndirir. Paşinyan bildirib ki, “biz, Ermənistan dövlətinin yaradılmasına sərf etməli olduğumuz bütün resursları Dağlıq Qarabağ Respublikasının yaradılması kimi həlli mümkünsüz problemə qoymuşuq”. Ermənistanın baş naziri onu da bildirir ki, "Dağlıq Qarabağın ləğvi qaçılmaz idi". Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: “Amma Paşinyan dilə gətirməsə də, bu dediklərindən daha bir reallıq meydana çıxır. O da budur ki, Ermənistan dövlətinin yaradılmasına yönəldilməli olan bütün resurslar "Dağlıq Qarabağ Respublikası" üçün sərf olunduğundan indi birinci də acınacaqlı durumdadır. Yəni Ermənistan var, amma onun subyekt və oturuşmuş dövlətə çevrilməsi çox vaxt aparacaq. Özü də bir şərtlə ki, Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətinə son qoyaraq bizimlə normal qonşuluq əlaqaləri qursun”.