İtaliya, Almaniya və Fransa Borelin təklifini dəstəkləyir Dünya

İtaliya, Almaniya və Fransa Borelin təklifini dəstəkləyir

İtaliya, Almaniya və Fransa Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borelin “HƏMAS liderlərinə qarşı sanksiya rejimi” tətbiq etmək təklifini dəstəkləyir.

Üç ölkənin xarici işlər nazirlərinin birgə məktubunda deyildiyi kimi, belə bir tədbir “İsraillə həmrəyliyi ifadə etmək məqsədi daşıyır və hərəkatın terror fəaliyyətinin qarşısını almağa yönəlib”.

ANSA-nın məlumatına görə, hələ noyabr ayında Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında İtaliya, Fransa və Almaniya belə bir tədbir təklif etmişdilər. İtaliya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin məktubunda deyilir: “Aİ-nin 7 oktyabrda baş vermiş hücumların təkrarlanmasının qarşısını almaq üçün konkret addımlarla HƏMAS terror qruplaşması və onun tərəfdarlarına qarşı bütün lazımi tədbirləri görməsi vacibdir” .

Cavid