9 ayında Gürcüstanda 311 məmur cinayəti faktı qeydə alınıb Dünya

9 ayında Gürcüstanda 311 məmur cinayəti faktı qeydə alınıb

Cari ilin 9 ayında Gürcüstanda 311 məmur cinayəti faktı qeydə alınıb, onlardan 54-nün üstü açılıb.

Gürcüstan mətbuatı xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin statistik məlumatında əksini tapıb.

2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 37, vəzifə səlahiyyətlərini aşma ilə bağlı 145, izahat, ifadə və ya nəticə verməyə məcbur etmə ilə bağlı 16, rüşvət almaq ilə bağlı 26, rüşvət vermək ilə bağlı 6, təsir göstərmə ilə bağlı 3, vəzifə saxtakarlığı ilə bağlı 19, vəzifə səhlənkarlığı ilə bağlı isə 59 fakt müəyyən edilib.

Nəzərinizə çatdıraq ki, ötən ilin eyni dövründə 432 vəzifəli şəxs cinayəti qeydə alınıb və bununla da sözügedən cinayət 28,01 faiz azalıb.

Cavid