İsrailin hücumlarına cavab olaraq Qəzzaya dəstək üçün dünya miqyasında çağırış edilib Dünya

İsrailin hücumlarına cavab olaraq Qəzzaya dəstək üçün dünya miqyasında çağırış edilib

İordan çayının qərb sahili və Şərqi Qüdsdə "11 dekabr Qlobal Qəzza tətili" səbəbilə banklar, məktəblər, nazirliklər və iş yerləri bağlanıb, nəqliyyat dayandırılıb. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin nəzarəti altında olan Fələstin şəhərləri İsrailin Qəzzaya hücumlarını dayandırmaq, blokadanı yarmaq və hökumətləri səfərbər etmək üçün dünya miqyasında keçirilən etirazlar aksiyalara göə, İordan çayının qərb sahili və Şərqi Qüdsdə "11 dekabr Qlobal Qəzza tətili" səbəbilə banklar, məktəblər, nazirliklər və iş yerləri bağlanıb, nəqliyyat dayandırılıb. Fələstin şəhərləri İsrailin Qəzzaya hücumlarını dayandırmaq, blokadanı yarmaq və hökumətləri səfərbər etmək üçün dünya miqyasında keçirilən qlobal etirazlar aksiyalarına qoşulub. Şərqi Qüds və Qərb Sahilinin bütün şəhərlərində nəqliyyat dayandırılıb, banklar, məktəblər, nazirliklər və iş yerləri bağlanıb. Tətilə dəstək çərçivəsində yerli birjada ticarət dayandırılıb. Ümumdünya Müsəlman Alimlər Birliyi, Fələstin Alimlər Birliyi və dünyanın müxtəlif ölkələrindən QHT və fəallar İsrailin hücumlarına cavab olaraq Qəzzaya dəstək və dünya miqyasında “Qlobal zərbə” şüarı altında çağırış ediblər.