“Türkiyənin israf edəcək bir damcı suyu yoxdur”-Ərdoğan Dünya

“Türkiyənin israf edəcək bir damcı suyu yoxdur”-Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 369 obyektin kütləvi açılış mərasimində çıxış edib. Xalqcəbhəi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan, su qıtlığı ilə bağlı çağırış edib: "Türkiyənin israf edəcək bir damcı suyu yoxdur. Xüsusilə su ehtiyatlarımızı çirkləndirmək vətənə xəyanətə bərabər bir addımdır. Bununla 85 milyon insanın hər bir fərdini sudan səmərəli istifadə kampaniyamıza dəstək olmağa çağırırıq. Bunu “bir damcı da sən ol” devizi ilə həyata keçiririk”.