Zelenski Qərbi ittiham edib Dünya

Zelenski Qərbi ittiham edib

Qərbin hərbi hava qüvvələri aprelin 14-də İranın hücumu zamanı İsrailə kömək etdiyi kimi Ukraynada da hərəkət etməlidir.

Bu fikirləri ölkə prezidenti Vladimir Zelenski deyib.

“Əgər biz Ukrayna və Qərb ölkələri kimi həqiqi müttəfiq olmaq istəyiriksə, onlar bizim ərazimizdə də eyni şeyi göstərməlidirlər”, o, “Fox News”a müsahibəsində İsrailin Ukraynada fəaliyyət göstərməsinə kömək edən təyyarələri görmək istəyib-istəmədiyini soruşduqda deyib.

Aprelin 22-də fransalı bloger Huqo Traverslə müsahibədə Zelenski Qərb müttəfiqlərinin Rusiya ilə birbaşa hərbi münaqişədən qorxduqları üçün Ukraynaya qoşun göndərməkdən yayındıqları barədə fikir bildirib. O əlavə edib ki, Qərb dövlətlərinin belə bir qərarı bir növ “pərdəarxası oyun”la bağlıdır.

Cavid