“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
22 Aprel 09:15
1 638
ABŞ İraq hökumətinə təzyiq göstərmək məqsədilə bu ölkəyə dollar göndərişini dayandırıb və Bağdadla təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Atılan addımların səbəbinin İraq hökumətini İran tərəfdarı olan hərbi birləşmələri dağıtmağa məcbur etmək olduğu bildirilir.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankındakı hesablardan İraq neftinin satışından əldə edilən gəlirlərdən təxminən 500 milyon dolların köçürülməsini bloklayıb.
Bu, ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlamasından bəri Vaşinqtonun İraqa göndərilməsini dayandırdığı ikinci nağd pul göndərişidir.
19 May 17:47
1 316
19 May 17:02
1 302
19 May 16:14
1 337