11:54
952
Ukraynanın xarici işlər naziri Andrey Sibiga bəyan edib ki, Kiyev prezidentlər Volodimir Zelenski və Vladimir Putin arasında görüşün təşkili xahişi ilə Türkiyəyə və bir sıra digər ölkələrə sorğular göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Sibiga qeyd edib ki, Xarici İşlər Nazirliyi birbaşa Türkiyəyə müraciət edib, həmçinin təşkilati məsələlərdə kömək üçün "müəyyən paytaxtlardan" xahiş edib, lakin həmin şəhərlərin adlarını açıqlamayıb.
Bununla yanaşı, o, Moskva və Minski mümkün danışıqlar yeri kimi istisna edib.
"Əgər Moskva və Minskdən başqa digər bir paytaxt belə bir görüşü təşkil edərsə, biz gedəcəyik. Bu bizim üçün vacibdir", — deyə nazir bildirib.
O vurğulayıb ki, Ukrayna tərəfi "yeni diplomatik dinamika əldə etmək" üçün bu görüşdə maraqlıdır.
Məryəm Quliyeva