Türkiyənin AB üzvlüyü və Kiprin birləşməsi ehtimalları Dünya

Türkiyənin AB üzvlüyü və Kiprin birləşməsi ehtimalları

BMT İsveçrə sammitini iki icmanın liderləri arasında həllin tapılması istiqamətində son imkan kimi təsvir edib. Avropa Birliyinin bu həftə Ankaranı iyul ayında çevriliş cəhdindən sonra başlatdığı basqı kampaniyasını sərt tənqid etməsindən sonra Türkiyənin bloka daxil olmaq şanslarından xeyli uzaq olduğu görünür. Türkiyənin bu addımları həmçinin Kiprin birləşməsinə dair İsveçrədə davam edən danışıqlara da təsir edir.
Soteris Antoniou və Kutret Balcı adanın bölünmüş iki fərqli tərəflərindəndir. Ancaq onlar sadə problem həll etməyə çalışır. Bal hazırlanmasında geniş istifadə olunan Qafqaz ana arısı Kiprin qızmar yayına dözə bilmir. Ona görə də, onlar yeni, daha dözümlü ana arı yetişdirməyə çalışır.
"Mən Kirp türkü, dostum Qüdrət Balcı ilə əməkdaşlıq edib fikir mübadiləsi aparıram və əla arılar yetişdirməyə çalışıram" - deyə Soteris Antoniou bildirir. Antoniou və Balcı ümid edir ki, onların sərhəd əməkdaşlığı adanın siyasətində də əksini tapacaq. BMT İsveçrə sammitini iki icmanın liderləri arasında həllin tapılması istiqamətində son imkan kimi təsvir edib. Təhlilçi Ceyms Ker-Lindsi: "Mən isə daha dəqiq demək istəyirəm ki, bu tam bir son şans ola bilər".
Türkiyə 1974-cü ildə adanın şimalını zəbt edəb zaman yüz minlərlə yunan kipri evlərindən qaçmalı olub. Onlar və yeni nəsil geri qayıtmaq istəyir. "Sual bundan ibarətdir ki, insanların geri dönməsi üçün yetərli torpaq geri qaytarmaqla yanaşı, Kipr türklərinə də mümkün federasiya tərkibində statuslu dövləti necə verəcəksiniz?" - Təhlilçi Ceyms Ker-Lindsi bildirir.
Kipr türklərinin lideri xəbərdarlıq edib ki, hazırki danışıqlar iflasa uğrasa Ankara şimalı ilhaq edə bilər. Ker-Lindsayin sözlərinə görə, Türkiyənin Rusiyadan ilham alması da mümkündür. "Hər şeyi nəzərə alsaq, Krımın ilhaqı qarşılığında ödənən dəyər o qədər də çox deyil. Fikrimcə, Türkiyə buna baxacaq və deyəcək "Niyə biz də eynisini etmirik?"".
Türkiyənin Avropa Birliyinə qoşulmaq ambisiyası Ankaranın Krım məsələsində güzəştə getməsinə stimul yaratmışdı. Ancaq bu həftə blok Türkiyənin iyul ayında çevriliş cəhdindən sonra başlatdığı basqılarını sərt tənqid edib. "Bir məsələdə danışıq olmurdu, indi isə demokratiya, ədliyyə sistemində müstəqillik və mətbuat azadlığı əlavə olunub" - Avropa Genişlənmə komissarı Yohannes Hahn bildirir. Avropa Birliyi üzvlüyü perspektivinin uzaqlaşması ilə adanın birləşməsinə dair danışıqların əhəmiyyəti də artıb. Kiprlilər bilir ki, bu, bölünmüş adada divarları yıxmaq üçün sonuncu imkan ola bilər.