
Ermənistanda ehtiyatda olan hərbi vəzifəlilər növbəti toplanışa çağırılıb.
APA-nın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu barədə hökumət qərar verib.
Bildirilib ki, əsas məqsəd onların döyüş hazırlığının, eləcə də hərbi bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.