12 Avqust 2024 15:38
2 429
Ankara və Vaşinqtonun Türkiyənin F-35 qırıcıları proqramına qayıtmaq məsələsi ilə bağlı yanaşmaları dəyişməyib, lakin danışıqlar davam edir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Reuters“ə müsahibəsində bildirib.
Yaşar Güler, həmçinin, ölkəsinin Böyük Britaniya, Almaniya və İspaniyadan “Eurofighter Typhoon” təyyarələri almaq istədiyini, lakin hələlik konkret nəticənin olmadığını da vurğulayıb.