Təyyarə qəzası ilə bağlı Rusiyayla razılaşma: Azərbaycanın prinsipial mövqeyinin nəticəsi
Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumlarla bağlı başsağlığı verib
Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib
Yaxın 4 ildə müdafiə və milli təhlükəsizlik xərcləri azaldılacaq
9 Sentyabr 2024 11:49
3 598
ABŞ prezidentliyinə namizəd Kamal Harris Donald Trampla növbəti debat öncəsi liderliyi itirmək üzrədir.
APA-nın “The New York Times“ nəşrinə istinadən xəbərinə görə, sonuncu sorğunun nəticəsi rəqiblər arasında 1 faizlik fərqin yarandığını ortaya qoyub.
Belə ki, D. Tramp 48, K. Harris isə 47 faiz respondentin dəstəyini qazanıb.
“CBS News”un keçirdiyi rəy sorğusu isə əksinə, Kamala Harrisin 1 faiz öndə olduğunu göstərib. Rəqiblər arasında növbəti debatlar isə sentyabrın 10-da Filadelfiyada keçiriləcək.
Bu arada, Donald Tramp seçkidə qələbə qazandıqdan sonra saxtakarlıq faktlarında adları hallanan məmurlara qarşı sərt tədbirlər görəcəyinin anonsunu verib.