

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İsrailin "Hizbullaha" qarşı hərbi əməliyyatları, bu təşkilatı kifayət qədər zəiflətməklə Livanın siyasi səhnəsindən silinəcək. Yaxın Şərqdə İranın dəstək verdiyi proksi təşkilatların sıradan çıxarılması, ABŞ-ın strateji prioriteti olaraq İsrail vasitəsilə həyata keçirilir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, İran uzun illərdi" Hizbullah" vasitəsilə İsraili və Livan hakimiyyətini təhdid altında saxlayırdı. "Hizbullah" ın zəiflədilməsi Livani İrandan tam asılılığına son qoyacaq və Yaxın Şərqdə yeni bir siyasi nizam formalaşdiracaq. Bununla da Livan siyasi sistemi sabitləşəcək. Həmçinin müstəqil Fələstin dövləti tanınmasına yol açılacaq:
"İran hakimiyyəti də proseslərin fərqindədir. Bu proses fonunda Vaşinqton və Tehran arasında konfidensial danışıqlar aparılması istisna deyil. ABŞ regiona əlavə qüvvələr göndərməklə, Tehranın mümkün hərbi təxribatlardan çəkindirsin.
ABŞ Yaxın Şərqdə yeni siyasi dizayni etməklə "ərəb baharında" buraxılmış strateji səhvlərin düzəltməlidir. Əgər, İran "Hizbullah" və husilərə görə müharibəyə qatılarsa, onun daxilində parçalanması qaçılmaz ola bilər. Məhz İran prezidenti M.Pezeşkian Azərbaycan, Bəlucistan kimi ölkələrin İran daxilində yaradılması təhlükəsini bəyan etməsi bununla bağlıdır".
Cavid