NATO Rusiyanı düşmən elan etdi Dünya

NATO Rusiyanı düşmən elan etdi

Azərbaycana hərbi yardım vəd olundu

NATO-nun ikinci adamı, alyansın baş katibinin müavini Aleksandr Verşbou bəyan edib ki, hərbi blok hazırda Rusiyanı "daha çox düşmən hesab edir, nəinki partnyor".
ABŞ-ın Rusiyadakı keçmiş səfiri olan Aleksandr Verşbou Moskvanın Ukraynada davam etməkdə olan böhrandakı rolunun NATO-nu prioritetlərini dəyişməyə məcbur etdiyini bildirib.
"Assoşeyted press" agentliyinin məlumatına görə Verşbou jurnalistlərə deyib ki, NATO tezliklə Rusiya ilə qonşu regionlarda əlavə hərbi qüvvələr səfərbər edəcək.
"Biz Rusiyanın qonşuluğunda yerləşən ölkələrə müdafiə islahatlarında və hərbi modernləşmədə kömək etməliyik. Və təkcə Ukraynada yox, Moldovada, Gürcüstanda, Ermənistanda və Azərbaycanda da" - deyə Verşbou bildirib.
NATO baş katibinin müavini deyib ki, alyans tərəfdaş ölkələrlə keçirilən birgə hərbi təlimləri "modernləşdirmək" üzərində düşünməlidir. Aleksandr Verşbou bu məsələdə Birləşmiş Ştatların liderlik etməli olduğunu deyib.
"ABŞ liderliyini göstərməli və NATO-nun sentyabrda keçiriləcək sammitində Ukraynada baş verənlərə adekvat cavab olan addımlar atmalıdır" - deyə o bildirib.
O deyib ki, NATO Gürcüstan kimi ölkələrin bu bloka üzvlüyü məsələsinə baxmalıdır.