"Avronyus" COP29-la bağlı reportaj hazırladı - Video
5 Noyabr 22:14
Əfşar Süleymani: "Müsəlman ölkələri arasında birlik yoxdur"
İsrail-İran müharibəsi gerşəkləşmək üzrədir. Bir neçə il öncə tərəflərin bir-birinin ünvanına söylədikləri hədə-qorxu, təhdid və bəyanatlar yerini artıq raketlərə verib. Dünya İsrail-İran müharibəsinin nə zaman başlaya və necə bitəcəyini gözləyir. Müharibə Yaxın Şərqin bir addımlığındadır. Bundan narahat olan ölkələrin sayı da az deyil, əksəriyyət adıçəkilən ölkələr arasında müharibənin başlanmasını bütün dünya üçün faciəyə çevriləcəyi fikrindədir. Artıq Pakistanın siyasi partiyaları İsrailin Yaxın Şərqdə hərbi əməliyyatları genişləndirməsindən narahat olduqlarını bildirirlər. İslamabadda keçirilən Ümumpartiya Konfransının yekunları üzrə qəbul edilən bəyannamədə deyilir ki, İsrailin əməliyyatlar meydanını genişləndirməsindən və regional sülh və təhlükəsizliyi təhdid etməsindən, beynəlxalq hüququn və BMT Nizamnaməsinin davamlı pozulmasından, o cümlədən Livana qarşı son təcavüzdən, İordan çayının qərb sahilinə hücumlardan dərin narahat olduğumuzu bildiririk. Tehranda HƏMAS lideri İsmayıl Haniyənin və Livanda “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın öldürülməsi regional sülh və təhlükəsizliyə təhdiddir.
Okeanın o tayında olan ABŞ-ın isə İsrailə bütün sahələrdə dəstək verdiyi və təlimatlandırdığı aydındır. İsrail isə bundan ruhlanaraq bölgədə hərbi əməliyyatlarının miqyasını genişləndirir.
Mövzu ilə bağlı İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb.
- Əfşar bəy, İsrail İrandan qisas almağı qətiləşdirib. İsrail-İran müharibəsi regiona nə vəd edir.
Müharibə ümumiyyətlə heç bir tərəfə xeyir vermir, ola bilər bir tərəfə haradasa az da olsa xeyir verir. Baxın, dünya müharibələrində milyonlarla insan həlak olub, ABŞ Yaponiyaya nüvə silahı işlətdi, nə qazanıldı, insan itkisindən başqa heç nə. Ermənistan Azərbaycan ərazisini işğal etmişdi, Birinci, İkinci Qarabağ müharibələrində nə qədər insan qırıldı. Əgər İran-İsrail müharibəsi də baş verərsə, bu heç bir tərəfə xeyir gətirməyəcək. Ola bilər hansısa tərəf siyasi qələbə qazana, amma insan itkisi, infrastrukturun dağılması, müharibənin region ölkələrə təsiri heç vaxt xeyir gətirməz. Açığı, mən hələ gözləmirəm ki, bu münaqişə müharibə səviyyəsinə çatsın. ABŞ da istəmir ki, müharibə olsun, İran da istəmir, hərdən İsrail Tehranı hədələyir, amma o da müharibənin olmasını istəmir. Tərəflərin bir-birinə raket atması intensivləşərsə, cavablar şiddətlənərsə nələrsə baş verə bilər. İsrail İranı vuracaqsa, İran da cavab verəcək. Əsas məsələ burada ABŞ-dır, İsrail onsuz heç bir iş görməz. İsrailin müharibəyə girməyə o qədər də gücü yoxdur, o gücü ABŞ-dan alır. Baxmayaraq ki, ABŞ üzdə İsrailin İranla müharibəsi əleyhinə çıxışlar edir, amma arxada İsraili dəstəkləyir, İrana qarşı hazırlayır. Bütün sahələrdə onu dəstəkləyir, fikrimcə, ABŞ bu məsələdən uzaq durmalı və İsrailin qarşısını kəsməlidir.
- Bəs, Tehran..
- Tehran genişmiqyaslı müharibəyə girməkdən çəkinməlidir. İran genişmiqyaslı müharibəyə girərsə, bu məsələ mütləq İran, Fələstin və “Hizbullah”a zərər verəcək. Ola bilsin ki, Təl-Əviv Tehranın müharibəyə girməsini və Livana sərt şəkildə hücum etməsini istəyir. Belə bir müharibə olacağı təqdirdə qeyd etməliyik ki, İran iqtisadiyyatı genişmiqyaslı müharibəyə girmək üçün lazım olan dayanıqlığa malik deyil. Belə bir şəraitdə xalqın ictimai-siyasi narazılığı artar və hətta İran daxilində hadisələrin baş verməsi mümkündür. Hazırda iş o yerə çatıb ki, özü də qatil və cinayətkar personaj olan Netanyahu İran xalqını dəstəkləmək və onlara azadlıq axtarmaq jestini götürüb! Şəxsən mənim bu narahatlığım var və mən bundan ötrü keçə bilmirəm. Gəlin bu xərcləri kapitala çevirək. Biz bu məsrəfləri danışıqlar və sövdələşmələr üçün “kozır”a çevirə və bu yolla diplomatiya sahəsini təmin edə bilərdik. Təəssüflər olsun ki, qeyd etdiyim hallarda nəinki son illərin bu xərcləri kapitala çevrilməyib, qənaətlər də itməkdədir. Haniyənin öldürülməsindən, Nəsrullahın və digər müqavimət komandirlərinin vəfatından əvvəl bizim xeyli sərvətimiz var idi.
Vəziyyətin gərginləşməsinə, daha doğrusu, müharibə vəziyyətinə gəlməzdən əvvəl, danışıqlarda gücümüzdən istifadə etməliyik. Əgər Allah eləməsin, İran genişmiqyaslı müharibəyə girərsə, bu gün artıq altmışıncı illər deyil, 1403-cü ildə biz həm beynəlxalq sistemdə, həm də ölkə daxilində fərqli şərtlərlə qarşılaşırıq.
- Nədən illərdir ərəb dünyası İsrail-Fələstin münaqişəsinə göz yumdu. Bəlkə vaxtında buna kəskin reaksiya verilsəydi, bu gün bu mənzərə ilə üzləşməzdilər…
- Ərəb ölkələri Fələstin məsələsində onun yanında durmayıblar. Daha çox ABŞ və Qərbdən asılı oldular. Baxın, bu 70 ildə nələr oldu. İsrail gücləndi, Qəzzanı işğal etdi, Livana girdi, oranı, buranı vurdu, terraktlar törətdi. Ərəb dünyası isə hələ də atəşkəs çağırışlarını edir. İslam dünyasında birlik yoxdur. Çünki əksər ərəb dövlətlərində hakimiyyətlər yalnız özlərini düşünürlər, demokratik hakimiyyətdə deyillər. Ziyan görməmək üçün bu kimi məsələlərə müdaxilə etmək istəmirlər. ABŞ-ın təsiri altındadırlar, İslam Əməkdaşlıq Təşkilatı adlı bir qurum var, hərdən toplaşıb bir bəyanat verməklə kifayətlənirlər. BMT-də nüfuzları yoxdur, qurumun Təhlükəsizlik Şurası da ABŞ və onun müttəfiqlərinin əlindədir. Düzdür, İsrail bəzi ərəb ölkələri ilə müqavilələr imzaladı, münasibətlər qurdu, davam edəcəkdi, Qəzzada əməliyyatlar ərəb ölkələrini, o cümlələn Səudiyyə Ərəbistanını dayandırdı. İsrailin qarşısını almaq üçün müsəlman, ərəb dünyası birləşməli, güclənməlidir. Bu gün xristian-yəhudi birliyi var, baxmayaraq ki, tarixən onlar bir-birinə düşmən kəsiliblər, amma bu gün vahid gücürlər. İki fərqli din daşıyıcısı birləşib, amma vahid din, islamçılar birləşə bilmirlər.
- İsrailin ABŞ-dan güc aldığı faktdır. Bəs əgər müharibə başlayarsa İranın yanında hansı ölkələr dura bilər?
- Dünyanın güclü ölkələri İsraili dəstəkləyir, müharibə başlayarsa İranın yanında kimin, hansı ölkənin dayanacağı görünmür. Rusiya və Çinin İranı dəstəkləyə biləcəyini də güman etmirəm. Bitərəf mövqedən çıxış edə bilərlər, amma müharibəyə girməzlər. Müsəlman ölkələrindən də İranın yanında olacaq birini görmürəm. Bircə Suriyadır, onun da vəziyyəti göz önündədir. Birlik yoxdursa, İranın yanında kim duracaq, elə müsəlman ölkələri arasında azdan-çoxdan ixtilaflar var. Elə İranın özü ilə. Fələstin, Livan məsələsində onlar İran kimi düşünmürlər, fərqli mövqe ortaya qoyurlar. Qərbin mövqeyini dəstəkləyirlər, deyirlər ki, hər iki dövlət olsun, İran isə referendumun keçirilməsinin tərəfdarıdır. İranın mövqeyi HƏMAS tərəfindən dəstəklənir. İsrail regionda müstəqil Fələstin dövlətinin yaradılmasına qarşı çıxır. İndi Avropanın bir neçə ölkəsində Fələstin dövlətinin yaradılması mesajı verilir. Necə olacağı hələ bilinmir.
- Çin və Rusiyanın adını çəkdiniz, iki böyük hegemon ölkənin bu mənzərəyə kənardan seyr edəcəyi inandırıcı olmaya bilər..
- Moskva, Pekin kimi aktyorlar bu bulanlıq sudan öz balıqlarını tuturlar. Rusiya və Çin heç vaxt İranın və müqavimət oxunun tərəfində olmayıblar və əgər məsələ genişmiqyaslı qarşıdurma və müharibəyə girərsə, Amerika da müdafiə mövqeyindən hücumçu yanaşmaya keçəcək.
Bu arada, ruslar İran və İsrailin hərtərəfli müharibəyə girməsində çox maraqlıdırlar və belə bir fəlakət baş verərsə, Amerika və Qərbi Ukrayna məsələsindən yayındırmaqla bu böhranı həll edə biləcəklərinə inanırlar. Çinin də belə bir yanaşması var və hesab edir ki, Amerikanın nəzərini Tayvan məsələsindən yayındırmaqla, bu məsələ ilə bağlı gecikmədən istifadə edib eyni zamanda iqtisadi gücünü artıra bilər.
Müxtəlif dərəcədə şiddətlə bütün regional və beynəlxalq aktorlar İran və İsrail arasında hərtərəfli müharibəni görməkdən məmnun olacaqlar. Rusiya və Çindən tutmuş qonşu ölkələrin əksəriyyəti, Fars körfəzinin ərəblərinə və digərlərinə qədər hamısı bu böhranın baş verməsindən fərqli dərəcədə sevinir və hər kəs öz maraqlarını əldə etməyə çalışacaq.
- Həqiqətən İsrailin məqsədi Fələstin və Livanda terrorçu dəstələri məhv etməkdir, yoxsa...
- Təbii ki, İsrail Qəzzada və Livanda hərbi əməliyyatlar keçirməklə dünyaya göstərmək istəyir ki, terrorçuluğa qarşı mübarizə aparır. Yalandır, terroru elə İsrail edir, tarixən ora Fələstin torpağı olub. Osmanlı dövründə xristianlarla yəhudilər bir-birinə düşmən olublar, xristianlar onları bölgədən çıxarmışdılar. O zaman müsəlmanlar yəhudiləri dəstəklədilər, onlara meydan verdilər. İndi yəhudilər müsəlmanlara qarşı çıxırlar. Yəhudilər vahid yəhudi dövləti qurmaq istəyirlər, onların məqsədi bütün dünyani ələ keçirməkdir. Bu gün Qəzza, Livana göz dikib, Suriyada Colan təpələrin artıq ələ keçirib, İsrailin qarşısı alınmasa daha artıq torpaqlar zəbt edəcək. Ancaq dünya yəhudilərin ona hökmranlıq etmək istəyi ilə razılaşmaz. İndi ABŞ-da prezident seçkilərinə hazırlıq gedir, gələn ay seçkilərdir, kimin prezident seçiləcəyinin siyasəti İsrailin bu mövqeyinə təsir edə bilər, baxmayaraq ki, ABŞ İsraili dəstəkləyir. Fikrimcə, rəsmi Vaşinqton da İsrailin təcavüzünün genişləndirəvəyinə rahat dayanmaz.
- İsrailin Türkiyəyə təhlükə törədə biləcəyi də deyilir, nə dərəcədə inandırıcı ola bilər.
- İsrailin Türkiyəyə təhlükə yarada biləcəyinə güman etmirəm. Türkiyə NATO üzvüdür və orada qurumun bazaları var. Əgər İsrailin Türkiyəyə təhlükə törətmək istəyi fikrindən keçərsə NATO Nizamnaməsinin 5-ci bəndinə əsasən, Ankaranın yanında olmalıdır. Yenə vurğulayıram ki, ABŞ istəməsə olmaz. Əgər İsrail Türkiyə üçün təhlükə yaradarsa, bəlkə o zaman Üçüncü dünya müharibəsi başlaya bilər. Amma bunu da görmürəm.
- İsrail-İran müharibəsi başlayarsa Azərbaycana nə kimi təsirləri ola bilər
- Baxın, İsrail Livana hücum edib, bir milyon iki yüz min ərəb Livandan qaçıb, indi Suriya sərhəddindədirlər. Suriyanın da vəziyyəti məlumdur, livanlıların qaça biləcəyi yer yoxdur. Yaxın Suriyadır, oradan da Avropaya üz tuta bilərlər. Elə İsrailin şimalı raket atəşinə tutulursa yüz min yəhudi cənuba qaçıb. Yaxud Qəzza bölgəsindəki vəziyyətlə bağlı yəhudilər Misirə üz tutdular. Bir ölkədə müharibə başlayarsa, qonşu ölkələr qaçqın axını ilə üzləşir. Allah eləməsin, müharibə olsun, olarsa İrandan qonşu Azərbaycan, Türkiyə, Pakistana, Ermənistan hətta Əfqanıstan axın ola bilər. Daha çox qardaş Azərbaycan və Türkiyə seçim ola bilər.bundan əlavə butun sahələrdə o cumlədən nəqliyat, enerji, ticarət və əhalinin məişət məsələrində region ölkərində çox mənfi təsirlər edə bilə .Ancaq ABŞ başda olmaqla digər ölkələr İsraili bu təcavüzkar addımdan çəkindirməlidir.
Cavid