Rusiya Ukraynanı antiterror əməliyyatlarını dayandırmağa çağırıb Dünya

Rusiya Ukraynanı antiterror əməliyyatlarını dayandırmağa çağırıb

Rusiya Ukrayna hakimiyyətindən Slavyansk şəhərində keçirilən xüsusi əməliyyatı dayandırmağı tələb edir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Qərbdən qəti şəkildə tələb edirik ki, Ukrayna ilə bağlı dağıdıcı siyasətdən imtina etsin. Özünü Kiyevdə hökumət elan edənlərdən isə cəza əməliyyatını və öz xalqına qarşı zorakılığı dayandırmağı tələb edirik", - deyə sənəddə vurğulanır.
Rusiya xarici siyasət idarəsi hesab edir ki, bu, gərginliyin azaldılması prosesinə başlamaq imkanı verəcək: "Ölkənin gələcəyi ilə bağlı hamını qane edəcək anlaşmaların əldə edilməsi üçün bütün regionların iştirakı ilə bərabər siyasi dialoqa başlanılmalıdır".