14 Fevral 16:00
13 Fevral 17:58
13 Fevral 16:57
7 Noyabr 2024 11:34
2 604
ABŞ prezident seçkilərində qalib gələn Donald Trampı açıq şəkildə dəstəkləyən “SpaceX”in qurucusu İlon Maskın sərvəti onun “Tesla” şirkətinin səhmlərinin təxminən 15% bahalaşmasından sonra 26,5 mlrd. dollar artıb.
Bu barədə “APA-Economics” “Bloomberg“ tərəfindən dərc olunan milyarderlər indeksinin (Bloomberg Billionaires Index) məlumatlarına istinadən xəbər verir.
Qeyd edilir ki, İlon Maskın ümumi sərvəti 290 mlrd. dollara çatıb. Bu nəticə ilə “SpaceX”in yaradıcısı reytinqdə birinci yeri tutmaqda davam edir.
İkinci yerdə sərvəti 228 mlrd. dollarla qiymətləndirilən “Amazon” onlayn pərakəndə satış şirkətinin yaradıcısı Cef Bezos qalır.
Məlumata əsasən, üçüncü yerdə 202 mlrd. dollarlıq nəticə ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşıb.