
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
"Yeni kollektiv kəmiyyət hədəfi üzrə danışıqlar davam etdirilməlidir".
APA-nın xəbərinə görə, bunu bu gün COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.
O deyib ki, İtki və Zərərlərə Cavab Verən Fondun maliyyə təminatı üzrə məsuliyyətlərini başa düşür və qəbul edirlər:
“Lakin digər ölkələr də bu məsuliyyəti bölüşməlidir. Bunun üçün isə onlar qlobal səviyyədə qəbul olunan mitiqasiya tədbirlərinin tərkib hissəsi olmalıdır. Burada digər ölkələrlə bərabər Çin də mühüm rol oynamalı və aktiv iştirak etməlidir. İqlim maliyyəsi üzrə aparılan danışıqların təfərrüatları barədə heç nə deyə bilməyəcəm. Böyük sözlər vermək istəmirəm. Bu pulu kim ödəməyə gəlincə, burada fikirlər müxtəlifdir. Bəzi ölkələr niyə maliyyələşmənin öz üzərinə düşən hissəsini təmin etmək istəmir? Hazırda həm Avropa İttifaqı ilə Çin, həm də digər ölkələr arasında intensiv danışıqlar aparılır. Yekun razılaşmanın əldə edilməsinə bir neçə saat, hətta çox az bir zaman qalıb. Ona görə də tərəflər həm bu istiqamətdə səyləri, həm də danışıqları intensivləşdirməlidir".