“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
28 Noyabr 2024 18:01
3 283
İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə proqramının inkişaf etdirilməsinə rəhbərlik edən Möhsün Fəxrizadənin öldürülməsində süni intellektdən istifadə olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fəxrizadənin oğulları Həmid və Mehdi Fəxrizadə deyiblər.
“Onun (Möhsün Fəxrizadənin – red.) belinə 5 güllə dəyib, lakin güllələrin heç biri bədənindən çıxmayıb və maşınına atəş açılanda o, hücumun süni intellekt tərəfindən idarə olunduğunu bilməyib”, - onlar iddia ediblər.
Qeyd edək ki, 27 noyabr 2020-ci ildə Tehran yaxınlığında yerləşən Dəmavənd şəhərində Möhsün Fəxrizadəyə sui-qəsd olub. İran məhkəməsi sui-qəsdin İsrailə bağlı qüvvələr tərəfindən həyata keçirildiyini açıqlayıb və sui-qəsddə təqsirləndirilən 3 nəfər edam edilib, 2 nəfəri isə həbs olunub.
11:52
581
23 Oktyabr 21:35
1 323
23 Oktyabr 18:56
1 435