“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
28 Noyabr 2024 23:13
3 780
Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı öz mövqeyini müdafiə etməsində göstərdiyi cəsarət və xarakter Rusiya Prezidenti Vladimir Putini təəccübləndirib.
Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə Qazaxıstana səfərindən sonra mətbuat konfransı zamanı danışıb.
O qeyd edib ki, Gürcüstanda baş verən hər şeyə təəccüblə baxıb.
“Bizim Gürcüstan rəhbərliyi ilə heç bir münasibətimiz yoxdur. Onların öz nöqteyi-nəzərini müdafiə etmək üçün göstərdikləri cəsarət və xarakter məni sadəcə heyran etdi”, - deyə dövlət başçısı bildirib.
Həmçinin Putin Qərbin keçmiş SSRİ ölkələrinin daxili siyasətinə müdaxiləsi ilə bağlı sualı cavablandırarkən deyib ki, kim ödəniş edirsə, musiqini o sifariş edir.
Dövlət başçısı qeyd edib ki, Qərb dövlətləri tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının (QHT-lərin) sayına baxsanız, mənzərə çox real görünür. Putin vurğulayıb ki, QHT üzvləri xarici ölkələrdən gələn pullarla keçmiş Sovet İttifaqı ölkələrində siyasi fəaliyyətdə iştirak edirlər.
23 Oktyabr 21:35
1 183
23 Oktyabr 18:56
1 295
23 Oktyabr 18:17
4 676