

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.
“Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə əlaqədar başsağlığımı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərimi, həmçinin bütün yaralılara tezliklə sağalmalarını dilədiyimi çatdırmağınızı xahiş edirəm”, - məlumatda deyilir.
Qeyd edək ki, dağ-xizək kurortundakı oteldə baş verən yanğında 66 nəfər ölüb, 51 nəfər yaralanıb.