Putinin ömrünə az qalıb? Dünya

Putinin ömrünə az qalıb?

Onun belində sarkoma olduğu barədə məlumatlar yayılıb
Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı sensasion məlumatlar yayılıb. Kreml rəhbərinin onurğasında sarkoma olduğu və onun ömrünə az bir müddət qaldığı deyilir.
"Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, bu barədə tanınmış rusiyalı bloggerlər məlumat yayıblar.
Məsələ o qədər ciddiləşıb ki, hətta onlar Ukrayna və Avropa Birliyinə üzv ölkələrə bu barədə lazımı dəlillər göndərməyə hazır olduqlarını bildiriblər.
Onların sözünə görə, xəstəlik 100 faizdir və Putin 2015-ci ildən o yana yaşamayacaq. Bloggerlər müəyyən paralellər aparıblar və video, fotolar yerləşdiriblər. Bu iddiaya aid sübutlar sırasında Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşən Putinin belindən necə əziyyət çəkdiyi şəkil də göstərilib. Daha sonra isə bu günlərdə Krıma gələn Putinin pencəyinin altında xüsusi qoruyucu karsetin aşkar göründüyü blogger tərəfindən vurğulanıb.
Sözügerdən xəstəliyə - qığırdaqlararası bəd xassəli şişə insanların əsasən 50-60 yaş arasında tutulduğu deyilir. Bu zaman kəskin ağrılar meydana gəlir. Həkimlər bu xəstəliyə tutulan insanların 5 ildən sonra ölümə düçar olmasını proqnozlaşdırırlar.