Rusiya qazının “Türk axını” ilə Avropaya tədarükü yenidən rekorda imza atıb Dünya

Rusiya qazının “Türk axını” ilə Avropaya tədarükü yenidən rekorda imza atıb

Rusiya qazının “Türk axını” qaz kəməri ilə Avropaya nəqli ardıcıl ikinci həftə tarixi rekordunu yeniləyib.

Bunu TASS-ın Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatlarına əsaslanan hesablamaları sübut edir.

Belə ki, fevralın 10-dan 16-dək Türkiyə və Bolqarıstan sərhədində yerləşən Strandja-2 kompressor stansiyasından (Türk axınının dəniz hissəsinin quruda davamı) nəqletmə 396 milyon kubmetri ötüb. Bu, 2020-ci ilin yanvarında qaz kəmərinin istifadəyə verilməsindən bəri mütləq həftəlik tədarük rekordudur. Bir həftə əvvəl maksimum müşahidə olunub - təxminən 392 milyon kubmetr.

Həmçinin bazar ertəsi, fevralın 10-da qaz kəməri ilə gündəlik rekord həddi - 56,7 milyon kubmetr ötüb. Belə ki, fevralda “Türk axını”nın Avropa istiqamətində orta yükü 2024-cü ilin dekabr ayı ilə müqayisədə 12%, yanvar ayı ilə müqayisədə isə 10% çoxdur.

Cavid