

8 Sentyabr 21:10
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Qlobal ticarətdə hegemonizm və zorakılıq üstünlük təşkil edərsə, beynəlxalq birliyin bütün üzvləri uduzacaqlar.
Bunu Çin Xalq Respublikasının Ticarət Nazirliyi Amerika prezidenti Donald Trampın tarif siyasətini şərh edərkən bildirib.
Departamentin bəyanatında deyilir ki, heç kim birtərəfli hərəkətlərin və proteksionizmin nəticələrindən sığortalana bilməz. “Beynəlxalq ticarət güclülərin zəifləri ovladığı cəngəllik qanununa qayıtdıqdan sonra bütün ölkələr qurban olacaq”.
Nazirlik Pekinin Çinin maraqlarına xələl gətirən hər hansı sövdələşməyə getməsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb, “belə olarsa, Çin bunu heç vaxt qəbul etməyəcək və qətiyyətlə cavab tədbirləri görəcək”.
Pekin bütün tərəflərlə həmrəyliyi və koordinasiyanı gücləndirməyə, "birtərəfli zorakılığa birgə cavab vermək və onlara müqavimət göstərmək istəyir", - deyə Ticarət Nazirliyi bildirib. Çin hesab edir ki, ABŞ-ın tarif siyasəti məsələsində hamı ədalətin tərəfini tutmalıdır.
Cavid