Türkiyə dünyanın ən qaynar böhranlarında vasitəçilik edir Dünya

Türkiyə dünyanın ən qaynar böhranlarında vasitəçilik edir

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son illərdə Rusiya-Ukrayna müharibəsindən Qafqazdakı münaqişələrə, Yaxın Şərqdəki gərginlikdən Asiya və Afrikadakı münaqişələrə qədər geniş bir sahədə vasitəçilik fəaliyyəti həyata keçirib.
Xalqcebhesi.az xəbər verir ki, Türkiyə beynəlxalq arenada fəal diplomatiyası ilə münaqişə bölgələrində sülh və sabitliyin təminatçısı olmaq yolunda addımlarını artırmaqdadır.
Rusiya prezidenti Vladimir Putin dünən İstanbulda sülh danışıqlarının mayın 15-də davam etməsini təklif edərək, “Biz təklif edirik ki, daha əvvəl danışıqların kəsildiyi 15 May Cümə axşamı günü İstanbulda, xüsusilə ilkin şərt olmadan birbaşa danışıqlar bərpa olunsun və gecikmədən başlansın.” ifadələrdən istifadə edib.
Putin prezident Ərdoğanın Rusiya ilə Ukrayna arasında danışıqların təşkili üçün çox işlər gördüyünü və onunla görüşərək Türkiyədə danışıqların təşkili üçün fürsət istəyəcəyini bildirib.
ABŞ prezidenti Donald Tramp da Rusiyanın İstanbulda danışıqlara çağırışı ilə bağlı deyib: “Ukrayna bunu dərhal qəbul etməlidir.” deyib.
Az sonra Ukrayna prezidenti Vladimir Zelenski sabahdan etibarən tam və daimi atəşkəs gözlədiklərini vurğulayaraq, “Cümə axşamı Putini Türkiyədə gözləyəcəm.” açıqlama verib.
Trampın Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün tərəflərlə görüşərək onlara təzyiq göstərmək təşəbbüslərindən sonra İstanbulda keçiriləcək mümkün danışıqlar əhəmiyyət kəsb edir.
Trampın bu danışıqlar vasitəsilə “ən azı razılaşmanın mümkün olub-olmadığını müəyyən edə biləcəkləri” və “əgər olmazsa, Avropa liderləri və ABŞ buna uyğun hərəkət edəcək” sözləri İstanbuldakı danışıqları daha da vacib edir.
Bu hadisələr Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəflə görüşərək vasitəçilik fəaliyyətləri həyata keçirən Türkiyənin beynəlxalq vasitəçilik rolunu gücləndirən mühüm dönüş nöqtəsidir.

Məryəm