

15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada Jandarma Baş Komandanlığı tərəfindən Ankara, İstanbul və İzmir də daxil olmaqla 27 vilayətdə FETÖ-yə qarşı əməliyyatlar aparıldığını, 101 şübhəlinin nəzarətə alındığını bildirib.
Xalqcəbhəsi.az “Anadolu” Agentliyinə istinadla bildirir ki, şübhəlilərin təşkilatın mövcud strukturu daxilində fəaliyyət göstərdiyi, təşkilat daxilindəki məsul şəxslərlə əlaqə saxladığı, terror təşkilatına maliyyə təmin etdiyi və sosial media platformaları vasitəsilə təşkilatın təbliğatını apardığı üçün axtarışda olduqlarına dair məlumatları paylaşan Yerlikaya, əməliyyatlar nəticəsində çox sayda təşkilati sənəd və rəqəmsal materialın ələ keçirildiyini qeyd edib.
Nazir "Millətimizin birlik və bərabərliyini, dövlətimizin bütövlüyünü, vətəndaşlarımızın sülh və rifahını təhdid edənlərə qarşı mübarizəmizi davam etdiririk" deyə vurğulayıb.