18 May 2025 20:49
5 502
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib.
Muzeydən Xalqcebhesi.az-a bildirilib ki, gün ərzində bu elm və mədəniyyət ocağını çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Gün ərzində muzeyə gələnlərin sayı 3456 nəfər olub.
Aksiya vətəndaşların Azərbaycanın milli-mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.
5 İyun 11:31
1 330
5 İyun 11:31
1 400
5 İyun 08:41
1 421