18 May 2025 21:09
6 230
Şəki Dövlət Dram Teatrında Əməkdar artist Novruz Cəfərovun “Uşaq oğruları” pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşa mayın 17-18-də məktəbli tamaşaçılara təqdim edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib. Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Səhnə əsərində rolları aktyorlar - Rəşad Rüstəmov, Nuranə Mirzəliyeva, Nərmin Abbasova, İlkin Rüstəmov, Rəsul Məmmədrəhimov, Qurban Rəsulov, Arzu Mustafayeva, Günay Novruzəliyeva, Sənubər İsrafilova, Arzuman Abdullazadə, Yaqub Lətifzadə və Cavidan Eminov ifa ediblər.
5 İyun 11:31
1 330
5 İyun 11:31
1 400
5 İyun 08:41
1 421