Tramp Zelenski ilə bir neçə dəqiqə danışdı Dünya

Tramp Zelenski ilə bir neçə dəqiqə danışdı

18:41

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Telefon danışığının detalları barədə məlumat verilməyib.

"Axios" nəşrinin yazarı Barak Ravid Tramp və Zelenski arasında danışığın "cəmi bir neçə dəqiqə" davam etdiyini bildirib.

Qeyd edək ki, Tramp Zelenskidən sonra Putinlə danışıb. Rusiya və ABŞ liderlərinin telefon danışığı 2 saatdan çox davam edib.