Növbəti danışıqlar Vatikanda keçirilə bilər Dünya

Növbəti danışıqlar Vatikanda keçirilə bilər

Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi iyunun ortalarında Vatikanda keçirilə bilər.

Bu barədə Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu danışıqlarda ABŞ-ın dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun da daxil olduğu Amerika nümayəndə heyəti də iştirak edəcək.

Bundan əvvəl yeni Roma Papası XIV Lev Ukraynada sülh prosesini asanlaşdırmağa, o cümlədən Vatikan ərazisini danışıqlar platforması kimi təqdim etməyə hazır olduğunu bəyan edib. Bu təşəbbüs ABŞ prezidenti Donald Tramp tərəfindən müsbət qarşılanıb.

Cavid