
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə “Anadolu” Xəbər Agentliyi məlumat paylaşıb.
Ukraynanın son vaxtlar Rusiyaya, xüsusən də Moskvaya qarşı pilotsuz uçuş aparatı (PUA) hücumlarının artmasına münasibət bildirən Peskov, "Kiyev rejimi düşmənçilik hərəkətlərini davam etdirir. Mülki, sosial infrastruktur elementlərinə hücumlar həyata keçirir və Kiyev rejimi mövcud vəziyyətdə əsas mahiyyətini qoruyur" deyib. Peskov qeyd edib ki, Rusiya hava sistemləri hücumları uğurla dəf edib.
O, Ukrayna və Rusiya arasında danışıqlar üçün seçiləcək növbəti məkan ilə bağlı “Növbəti danışıqlar yeri ilə bağlı hələlik heç bir qərar və ya razılaşma yoxdur. Bu qərarı tək bir tərəf verə bilməz, iki tərəfin də razılığı lazımdır. Vaxtı gələndə bu qərar veriləcək" deyə qeyd edib.
Bildirək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri təxminən üç ildən sonra ilk dəfə mayın 16-da İstanbulda, Dolmabahçedə bir araya gəlib. Türkiyə tərəfi Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlar prosesində irəliləyiş əldə etməsini təmin edərək məhbus mübadiləsi razılaşmasının əldə olunmasında əsas rol oynayıb.